Bank Of Baku

Türkiyə ilə Azərbaycan arasında işçi qüvvəsinin sərbəst hərəkəti ilə bağlı hökumətlərarası sazişin imzalanması gözlənilir - FOTOSESSİYA

Türkiyə ilə Azərbaycan arasında işçi qüvvəsinin sərbəst hərəkəti ilə bağlı hökumətlərarası sazişin imzalanması gözlənilir - <font color=red>FOTOSESSİYA</font>
# 05 aprel 2012 14:56 (UTC +04:00)
APA-nın məlumatına görə, səfir Hulusi Kılıç iki ölkə arasında iqtisadi, siyasi, mədəni və hərbi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu və inkişaf etdiyini deyib. O, keçən il Azərbaycanla Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcminin 3 milyard dolları ötdüyünü bildirib. Hazırda gün ərzində Bakıdan Türkiyəyə 6 təyyarə reysinin həyata keçirildiyini xatırladan səfir, qarşıdakı aylarda Türkiyənin “Pegasus” aviaşirkətinin də iki ölkə arasında aviasiya reysləri həyata keçirməyə başlayacağını açıqlayıb.

Səfirin sözlərinə görə, münasibətlərdə problem yaradan məsələlərdən biri ölkələr arasında işçi qüvvəsinin sərbəst hərəkəti sahəsində anlaşmasının olmamasıdır: “Hazırda bu sahədə işlər aparılır və hökumətlərarası sazişin imzalanması gözlənilir”.

Təqdimatla çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin əmək və sosial məsələlər üzrə müşaviri Mustafa Gür isə Türkiyənin sosial müdafiə sistemi barədə məlumat verib. O qeyd edib ki, hazırda Azərbaycanda 12875 nəfər Türkiyə vətəndaşı qeydiyyatlı, 30971 nəfər isə qeydiyyatsız yaşayır: “4518 nəfərin çalışma icazəsi var ki, onların 1962 nəfəri inşaat layihələrində işləyir. Azərbaycanda 20 il ərzində Türkiyə vətəndaşları tərəfindən 3707 şirkət qurulub. Ötən il isə 360 şirkət yaradılıb. Azərbaycanda fəaliyyət göstərən türk şirkətləri 2011-ci ildə 318,9 milyon manat vergi ödəyiblər. Ötən 11 ildə ödənmiş vergilər 1,8 milyard manat təşkil edib. Ötən il Türkiyədə azərbaycanlılar tərəfindən 190 şirkət yaradılıb. 2010-cu ilin sonunda Türkiyədə aktiv fəaliyyət göstərən Azərbaycan sərmayəli şirkətlərin sayı 800-dən çox olub”.

Daha sonra iş adamlarını maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR