Bank Of Baku

«Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı»na dəyişiklik edilib

«Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı»na dəyişiklik edilib
# 06 aprel 2012 08:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti «Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı»na dəyişiklik edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

«Azərbaycan Hava Yolları» QSC-nin təklifləri nəzərə alınaraq «Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı»nın «6. Texniki və texnoloji ixtisaslar qrupu»na «Kosmik texnologiyalar mühəndisliyi», «Kosmik texnika mühəndisliyi» və «Kosmik idarəetmə sistemləri mühəndisliyi» ixtisasları əlavə edilib.

Nazirlər Kabineti bununla əlaqədar «Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı»na və «Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı»na da əlavə edib. Belə ki, baş nazir Artur Rəsizadənin imzaladığı qərara əsasən «Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı»nın «6. Texniki və texnoloji ixtisaslar qrupu» hissəsinə «Kosmik texnika və texnologiyalar mühəndisliyi» ixtisası əlavə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR