Bank Of Baku

Nazirlər Kabineti Təhsil Nazirliyinin ştat sayını azaldıb

Nazirlər Kabineti Təhsil Nazirliyinin ştat sayını azaldıb
# 06 aprel 2012 10:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə” özünün 2006-cı il 25 oktyabr tarixli 230 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.

«APA-Economics»in məlumatına görə, adı çəkilən qərarla Təhsil Nazirliyinin ştat sayı 10 nəfər azaldılaraq 262-dən 252-yə endirilib. Bu dəyişiklik “Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə” prezident İlham Əliyevin 27 dekabr tarixli sərəncamına əsasən, Maliyyə Nazirliyinin təklifini nəzərə alaraq edilib.

Qeyd edək ki, həmin sərəncama əsasən adı çəkilən məktəbəqədər müəssisələr Təhsil Nazirliyinin balansından çıxarılaraq yerli icra hakimiyyətlərinin balansına verilib. İşçilərin azaldılması Bakı şəhəri üzrə Təhsil İdarəsinin hesabına baş verib. Nəticədə nazirliyin Bakı şəhəri üzrə Təhsil İdarəsinin ştat sayı 115-dən 105-ə endirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR