Bank Of Baku

Azərbaycanda paytaxtı ərazisindəki aktiv qırılmalarla bağlı araşdırma aparılacaq

Azərbaycanda paytaxtı ərazisindəki aktiv qırılmalarla bağlı araşdırma aparılacaq
# 06 aprel 2012 12:34 (UTC +04:00)
Bu barədə APA-ya Geologiya İnstitutunun geoloji mühitin qamma-spektrometriyası şöbəsinin müdiri Çingiz Əliyev bildirib.

Onun sözlərinə görə, layihə “Böyük Bakı ərazisində geokimyəvi və geoloji proseslərin ekologiyaya təsirinin öyrənilməsi” adlanır. Layihə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun gənclər üçün elan etdiyi müsabiqə nəticəsində ayrılan maliyyə vəsaiti hesabına həyata keçiriləcək. Layihə çərçivəsində Bakı şəhərindəki aktiv qırılmalar, paytaxtda radon qazının çıxması, çirklənmiş ərazilərdəki radionukleidlərlə bağlı araşdırmalar aparılacaq: “Azərbaycan ərazisi seysmoaktivdir. Burada həmişə qırılmalar olur. Bakı ərazisindəki qırılmalarla bağlı hazırda araşdırmalar aparırırq. Bunlar lokal qırılmalardır və elə ciddi qorxusu yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR