Bank Of Baku

Cəbhəyanı kəndlərdə naməlum heyvan skeleti aşkarlanıb – FOTOSESSİYA

Cəbhəyanı kəndlərdə naməlum heyvan skeleti aşkarlanıb – <font color=red>FOTOSESSİYA </font>
# 06 aprel 2012 14:43 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu - APA. Tərtər rayonunun cəbhəyanı kəndlərində qeyri-adi heyvan skeleti aşkarlanıb. APA-nın xəbərinə görə, mütəxəssislər və yerli sakinlər bu cür heyvan görmədiklərini deyirlər. İki aşağı ətrafdan, bir fəqərə sümüyündən və bir kəllədən ibarət heyvanın ağız quruluşu və dişləri onun yırtıcı olduğunu deməyə əsas verir. Analoji skeletlər ötən il Ağdam rayonunun da cəbhəyanı kəndlərində aşkarlanıb.

Tərtər Rayon Baytarlıq İdarəsinin rəisi Məhərrəm Əliyev bildirib ki, gənclik illərindən baytarlıq sahəsində çalışır, amma ilk dəfədir ki, bu cür heyvan skeletinə rast gəlir. Onun sözlərinə görə, son illər işğal altındakı ərazilərdən təmas xəttinin yaşayış olan tərəfinə yırtıcı heyvanların axını müşahidə olunur. Hətta ac canavar, çaqqal, tülkü və qunduz sürüləri sakinlərə məxsus təsərrüfatlara, evlərə soxulur: “Bu heyvanı birinci dəfədir görürəm. Amma eşitmişəm. Adətən bunların skeletinə işğal altında olan ərazilərdən axıb gələn çayların kənarında, vadilərdəki daşlıq yerlərdə təsadüf olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR