“Azərbaycanda doktorantura təhsilinin dövlət standartı və proqramı”nın yekun variantı bu ayın sonunadək Nazirlər Kabinetinə təqdim ediləcək
07 aprel 2012 08:11 (UTC +04:00)
Bu barədə APA-ya Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynova bildirib.
Onun sözlərinə görə, sənəd üzərində işlər yekunlaşmaq üzrədir. G. Hüseynova sənədin təqdimatının gecikməsinin səbəbini də açıqlayıb. O qeyd edib ki, doktorantura ilə bağlı standartlar Azərbaycanda ilk dəfə hazırlandığından onun üzərində daha çox işləmək və digər dövlətlərin təcrübəsini öyrənmək lazım gəlib. Azərbaycan Türkiyə, Qazağıstan, Gürcüstanın doktorant hazırlığı ilə bağlı təcrübəsini və Avropa Şurasının doktorant hazırlığı üzrə sənədlərini əsas götürüb.
Qeyd edək ki, bu il Azərbaycanda doktoranturaya qəbul yeni hazırlanan doktorantura üzrə təhsil standartlarına əsasən keçiriləcək. Bu il də doktoranturaya sənəd qəbulunun avqust ayında elan ediləcəyi, qəbul imtahanlarının isə payızda keçiriləcəyi gözlənilir.

Sosial
Ev təsərrüfatlarının uçotu Qaydası təsdiq edilib
18:35
22 may 2024
İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək
16:29
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları Tərtərdə dəfn olunub - FOTO
16:05
22 may 2024
30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sabirabadda dəfn olunub - FOTO
15:56
22 may 2024