Bank Of Baku

Azərbaycanın Xəzərdə ərazi sularına nəzarət etməsi məqsədilə yaradılmış mərkəzin müşahidə dairəsi genişləndirilir

Azərbaycanın Xəzərdə ərazi sularına nəzarət etməsi məqsədilə yaradılmış mərkəzin müşahidə dairəsi genişləndirilir
# 07 aprel 2012 08:45 (UTC +04:00)
Bu barədə APA-ya Dövlət Dəniz Administrasiyasından (ARDDA) məlumat verilib.

Ötən ilin dekabr ayında işə salınmış Mərkəzin Neftçala və Siyəzəndə qurulacaq baza stansiyaları tam olaraq Azərbaycanın ərazi sularında gəmilərin hərəkətini izləməyə imkan yaradacaq. Hazırda bununla bağlı texniki işlər aparılır.

Qeyd edək ki, Xəzəryanı bölgədə ilk dəfə Azərbaycanda yaradılmış LRİT Mərkəzinin funksiyalarına Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyini peyk və radarlar vasitəsi ilə izlənilməsi, onların hərəkət təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair məlumatların gəmilərə, gəmilərdən gələn həyəcan siqnallarının və digər məlumatların müvafiq qurumlara çatdırılması daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR