Bank Of Baku

Venesuelada əməkhaqları 32% artırılıb

Venesuelada əməkhaqları 32% artırılıb
# 09 aprel 2012 08:56 (UTC +04:00)
Bakı - APA-Economics. Venesuela prezidenti Uqo Çaves növbəti prezident seçkilərinə altı ay qaldığı bir vaxtda minimum əməkhaqqını 32% artırıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Venesuela Nazirlər Kabinetinin iclasında iştirak edən prezidentin özü bildirib.

Onun sözlərinə görə, maaşların artırılması iki mərhələdə həyata keçiriləcək. Mayın 1-dən əməkhaqları 15%, sentyabrın 1-dən isə 17% artırılacaq. Bununla da hazırda 1548 bolivar (360 dollar) təşkil edən minimum əməkhaqqı 2047 bolivara (476 dollara) yüksələcək.

“Bu, Latın Amerikasında ən yüksək minimum əməkhaqqıdır” - deyə Venesuela prezidenti vurğulayıb. Maaşların artırılması 4 mln. nəfəri əhatə edəcək.

Qeyd edək ki, Uqo Çaves Venesuelaya 14 ildir rəhbərlik edir. O, oktyabrın 17-də keçiriləcək növbəti prezident seçkilərində də iştirak etmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR