Bank Of Baku

Azərbaycanın bəzi dağ çaylarında suyun səviyyəsi artıb

Azərbaycanın bəzi dağ çaylarında suyun səviyyəsi artıb
# 09 aprel 2012 09:19 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, hazırda ölkədə müşahidə olunan temperatur qarın tədricən əriməsinə səbəb olur: “Hələlik çaylarda sel təhlükəsi yoxdur. Lakin havanın temperaturu kəskin qalxsa və güclü yağışlar yağsa, belə təhlükələr yarana bilər”. A. Verdiyev deyib ki, Kiçik Qafqaz dağlarından mənbəyini götürən çaylarda - Kürəkçay, Gəncəçay, Zəyəmçay, Böyük Qafqazın Talaçay, Balakənçay, Kişçay, Dəmiraparançay, Girdimançay, Ağsuçay, Quba-Xaçmaz bölgəsinin Qudyalçay dağ çayları, Lənkəran-Astara bölgəsinin Lənkərançay, Viləşçayın səviyyəsində atım müşahidə olunub. Həmçinin Kür çayının yuxarı hissəsində də suyun səviyyəsində artım müşahidə edilib: “Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 15 santimetr artıb. Bundan başqa Gürcüstan ərazisindən gələn Qanıqçayda da artım var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR