Bank Of Baku

Azərbaycan paytaxtında havanın temperaturu 23-28 dərəcə təşkil edəcək

Azərbaycan paytaxtında havanın temperaturu 23-28 dərəcə təşkil edəcək
# 09 aprel 2012 09:23 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-11, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Aprelin 11-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11, gündüz 20-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 10-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi qıraq qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 25-30,
dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Aprelin 11-də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 24-29,
dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 10-dan 12-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və gündüz saatlarında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR