Çernobıl əlillərinə “Lifan” markalı minik avtomobillərinin açar və sənədləri təqdim edilib - FOTO
02 may 2012 10:18 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 11 Çernobıl əlilinə “Lifan” markalı minik avtomobillərinin açar və sənədləri təqdim edilib. APA-nın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, 1986-cı il aprelin 26-da Ukraynadakı Çernobıl AES-də baş vermiş qəzanın ləğvində 8 min nəfərə yaxın Azərbaycan vətəndaşı iştirak edib. Nazir deyib ki, 2000-ci ildən 2012-ci ilədək 134 nəfər Çerenobıl əlili mənzillə təmin olunub. 1998-ci ildən 2012-ci ilədək əlillər üçün alınıb gətirilmiş avtomobillərdən 44 ədədi növbəyə dayanmış Çernobıl əlillərinə təqdim olunub. 2012-ci ildə nazirliyin vəsaiti hesabına 500 nəfər Çernobıl əlilinə birdəfəlik maddi yardım göstərilib. Cari ildə 1441 nəfər Çernobıl əlilinin 2469 nəfər övladının hər birinə aylıq müavinət, 2770 nəfər Çernobıl əlilinə isə Azərbaycan Respublikası prezidentinin təqaüdü ödənilib.
Nazir digər əlillərlə yanaşı, Çernobıl əlillərinin də sanator-kurort putyovkaları ilə təmin olunduğunu söyləyib: “Bu il Nabran, Lənkəran və İsmayıllı istirahət mərkəzlərinə 80 nəfər Çernobıl əlilinin göndərilməsi nəzərdə tutulub. Çernobıl əlillərinin tibbi reabilitasiyası sahəsində də işlər görülür. Bu məqsədlə Mingəçevir şəhərində radioloji tipli Reabilitasiya və Bərpa Mərkəzinin tikintisi nəzərdə tutulub və bu istiqamətdə işlər aparılır”.

Sosial
Ədliyyə Nazirliyinin iki idarə rəisi işdən çıxarılıb
19:12
15 may 2024
Nüvə və radiasiya təhlükəsizliyi mövzusunda təlim keçirilib
18:57
15 may 2024
FHN-in Cənub Regional Mərkəzi Lənkəranda birgə nəzəri-praktiki tədbir keçirib
18:17
15 may 2024
Şəkərli diabet xəstələrinin dərman təminatında yaranmış problemə aydınlıq gətirilib
18:17
15 may 2024