Bank Of Baku

Rusiya ali məktəblərinin azərbaycanlılar üçün ayrılmış boş qalan yerləri Ümumrusiya Azərbaycanlıları Konqresinə təqdim olunacaq

Rusiya ali məktəblərinin azərbaycanlılar üçün ayrılmış boş qalan yerləri  Ümumrusiya Azərbaycanlıları Konqresinə təqdim olunacaq
# 21 may 2012 08:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu il Rusiyanın ali məktəblərinin azərbaycanlılar üçün ayrılmış yerlərinə 23 gənc qəbul olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, Rusiya Federasiyasının ali təhsil müəssisələrinə müsabiqənin ikinci mərhələsinin nəticələrinə əsasən, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) 3 nəfər, Rusiya Federasiyasının digər ali təhsil müəssisələrinin I qrup ixtisasları üzrə 4 nəfər , II qrup üzrə 5 nəfər, III qrup üzrə 5 nəfər, IV qrup üzrə 6 nəfər qəbul olunub. Qəbul olunanların sənədlər Rusiya tərəfinə təqdim etmək üçün Təhsil Nazirliyinə təqdim olunacaq.
Rusiyanın ali təhsil müəssisələrində bu il Azərbaycan gəncləri üçün 30 yer ayrılıb. Onlardan 9-u I qrup, 6-sı II qrup, 9-u III qrup, 6-sı IV qrup üzrədir. E. Nağızadə deyib ki, boş qalan yerlər Ümumrusiya Azərbaycanlıları Konqresinə veriləcək. İyun ayında TQDK Moskvada Rusiyada yaşayan AZərbaycan vətəndaşları üçün həmin yerlərə qəbul imtahanı keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR