Bank Of Baku

AMEA-da akademiya sisteminə daxil olmayan elmi müəssisələrin 2012-2013-cü tədris ili üçün doktorantura və dissertanturaya qəbul planlarına baxılır

AMEA-da akademiya sisteminə daxil olmayan elmi müəssisələrin 2012-2013-cü tədris ili üçün doktorantura və dissertanturaya qəbul planlarına baxılır
# 22 may 2012 09:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademiya sisteminə daxil olmayan elmi müəssisələrin 2012-2013-cü tədris ili üçün doktorantura və dissertanturaya qəbul planlarına baxılmağa başlanıb. Bu barədə APA-ya AMEA-nın doktorantura və kadrlar şöbəsinin müdiri Sara Əfəndiyeva məlumat verib. O bildirib ki, akademiya sisteminə daxil olmayan 39 elmi müəssisə doktorantura və dissertanturaya qəbul planlarını AMEA-ya təqdim edib. Onların planları yaxın on gün ərzində nəzərdən keçiriləcək Nazirlər Kabinetinə təqdim ediləcək. Qəbul planları təsdiqlənəndən sonra institutlara veriləcək. AMEA strukturuna daxil olmayan müəssisələrin doktorantura və dissertanturalarına qəıbul imtahanları həmin müəssisələr tərəfindən aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR