Təhsil müəssisələrinin akkreditasiya meyarlarında dəyişiklik ediləcək
22 may 2012 10:05 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda təhsil müəssisələrinin akkreditasiya meyarlarında dəyişikliklər ediləcək. Bu barədə APA-ya Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev məlumat verib. O bildirib ki, dəyişikliklər növbəti tədris ilinədək hazırlanacaq: “Nazirlər Kabinetinin bu il aprelin 23-də verdiyi "Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri"nin təsdiq edilməsi haqqında qərara uyğun olaraq təhsil müəssisələrinin akkreditasiya meyarlarında dəyişikliklər edilməlidir. Normativlərdə nəzərdə tutulan dəyişikliklər akkreditasiya meyarlarında da öz əksini tapacaq. Hər bir təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu var və maddi-texniki baza akkreditasiya meyarlarının elementləridir. Bütün bunlar akkreditasiya zamanı yoxlanılır”.
H. Zərbəliyev deyib ki, meyarlara edilən dəyişikliklər hazırlandıqdan sonra Təhsil Nazirliyi tərəfindən təsdiqlənəcək.
H. Zərbəliyev deyib ki, meyarlara edilən dəyişikliklər hazırlandıqdan sonra Təhsil Nazirliyi tərəfindən təsdiqlənəcək.
Sosial
Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralı var - FOTO
16:49
19 may 2024
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:31
19 may 2024
2023-cü ildə 0-17 yaş aralığında 190 nəfər şəxsdə talassemiya xəstəliyi aşkar edilib
15:56
19 may 2024
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
15:50
19 may 2024