Bank Of Baku

Dünyada gənclər arasında işsizlik səviyyəsi 13%-ə yaxınlaşır

Dünyada gənclər arasında işsizlik səviyyəsi 13%-ə yaxınlaşır
# 22 may 2012 12:15 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyada gənclər arasında işsizlik səviyyəsi 12,7% təşkil edir və 2016-cı ilə qədər bu rekord səviyyədə qalacaq.

APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında bildirilir.

İşsiz gəncliyi “itirilmiş nəsil” adlandıran BƏT gələcəkdə onun sosial həmrəyliyi və iqtisadi artımı təhlükə altında qoya biləcəyi barədə xəbərdarlıq edib.

Yunanıstan və İspaniyada gənclər arasında ən yüksək işsizlik səviyyəsi müşahidə olunur - 25%. BƏT bu ölkələrə xərcləri azaltmaq əvəzinə, iqtisadiyyatın inkişafını stimullaşdırmağı məsləhət görür: “İlk növbədə görülməli olan iş – vətəndaşlara iş verməkdir. Bunun üçün infrastrukturu inkişaf etdirmək yolu ilə iqtisadiyyatı stimullaşdırmaq lazımdır. Biz hər zaman bu fikirdə olmuşuq ki, sərt qənaət tədbirləri bu problemi dərinləşdirir”.

Bundan başqa, Yaxın Şərq və Şimali Afrika ölkələrində də gənclər arasında yüksək işsizlik səviyyəsi qeydə alınıb. BƏT-in hesablamalarına görə, 2012-ci ildə bu ölkələrdə işsizlik 26%-dən 29%-ə qədər artacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR