Bank Of Baku

İspaniyada məktəb və universitetlər bağlanıb

İspaniyada məktəb və universitetlər bağlanıb
# 22 may 2012 12:32 (UTC +04:00)
Bakı - APA-Economics. İspaniyada təhsilə büdcə xərclərinin azaldılmasına etiraz əlaməti olaraq ümummilli tətil başlayıb.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, ölkədə bütün məktəb və universitetlər bağlanıb.

Bu, İspaniya təhsil sisteminin bütün mərhələlərini əhatə edən ən irimiqyaslı aksiyadır. Büdcə xərclərini ödəmək üçün islahatların zəruri olduğunu bəyan edən hökumətin planına əsasən, ixtisarlar nəticəsində məktəb siniflərində uşaqların sayı artacaq, müəllimlər maaşları artırılmadan daha çox işləyəcək, tələbələrin təhsil haqqı isə 25% bahalaşacaq.

Etiraz aksiyalarında şagirdlər, tələbələr, valideynlər və müəllimlər iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR