Bank Of Baku

Səhiyyə Nazirliyində Rostrapoviç-Vişnevskaya Fondunun prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Rostrapoviç-Vişnevskaya Fondunun prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
# 22 may 2012 14:17 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Səhiyyə Nazirliyində Rostrapoviç-Vişnevskaya Fondunun prezidenti Yelena Rostrapoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə nazirlik və fond tərəfindən Azərbaycanda həyata keçirilən “Hamilə qadınların HepB və HİV-ə qarşı diaqnostikası və yeni doğulmuş uşaqların HepB-ə qarşı profilaktikası”, “Məktəbli uşaqlar arasında helmintlərə qarşı mübarizə” proqramları, rutin peyvənd proqramı çərçivəsində görülən işlər və gələcək perspektivlər müzakirə olunub. Bildirilib ki, fondun Səhiyyə Nazirliyi ilə birgə təşkil etdiyi Milli İmmunlaşdırma Kampaniyası, həmçinin birgə həyata keçirilən milli peyvənd təqviminə uyğun olaraq rutin peyvənd proqramı sayəsində ölkə ərazisində qızılca, parotit və məxmərək kimi xəstəliklərin göstəriciləri xeyli aşağı düşüb.

Y. Rostrapoviç hər zaman Azərbaycanda həyata keçirilən səhiyyə proqramlarına dəstək verməyə hazır olduqlarını bildirib.

Səfər zamanı nümayəndə heyəti bir sıra tibb müəssisələrində olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR