Bank Of Baku

Şamaxıda torpaq sürüşməsi nəticəsində dağılmış fərdi yaşayış evlərinin əvəzinə yenilərinin tikintisinə başlanıb

Şamaxıda torpaq sürüşməsi nəticəsində dağılmış fərdi yaşayış evlərinin əvəzinə yenilərinin tikintisinə başlanıb
# 22 may 2012 15:21 (UTC +04:00)
Şamaxı rayon Fövqəladə Hallar Komissiyasının sədri Qasım Qasımovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, müvafiq orqanların apardığı araşdırmalar nəticəsində şəhər də daxil olmaqla, 20 kənddə 412 evin qəzalı vəziyyətə düşdüyü müəyyənləşib. Şamaxı şəhəri də daxil olmaqla 6 kənddə 30 evin tikintisi üçün vəsait ayrılıb. Hazırda Göylər, Çaylı, Quşçu və s. kəndlərdə 14 evin tikinti prosesi gedir.

Rayonun Sağyan kəndində isə tikinti işləri üçün ayrılmış sahədə geoloji kəşfiyyat işləri apararkən həmin ərazinin uçquna meylli olduğu qərarına gəlinib. Bu səbəbdən də hazırda Sağyan kəndinin başqa bir ərazisində tikintiyə başlamaq üçün geoloji kəşfiyyat işləri aparılır. Kəşfiyyat işləri başa çatdıqdan sonra ərazidə 16 evin tikintisinə başlanacaq. Q. Qasımovun sözlərinə görə, bu ilin sonuna kimi Şamaxı rayonunda 30 evin tikintisi başa çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR