BMT-nin xüsusi məruzəçisi: “Azərbaycanda abort dərəcəsi dünyada müşahidə edilən ən yüksək göstəricilərdəndir” - FOTO
A. Grover Bakıda keçirdiyi mətbuat konfransında müstəqillik əldə etdikdən sonra valehedici iqtisadi artım və ölkədə yoxsulluğun azaldılması ilə əlaqədar Azərbaycan hökumətinin addımlarını təqdir edib, amma bununla yanaşı qeyd edib ki, qeyri-bərabərlik davam etməkdədir: “Səhiyyə xərclərinin artmasından görünür ki, hökumət ölkədə səhiyyənin vəziyyətini yaxşılaşdırmağa meyl edir. Məsələn, 2011-2012-ci illərdəki 18%-lik artım daxil edilməklə 2003-2012-ci illər ərzində səhiyyə sahəsinə büdcə ayırmaları 10 dəfə artıb. Səhiyyə sahəsinə əsaslı kapital qoyuluşu da artıb. 2011-ci illə müqayisə edildikdə 2012-ci ildə səhiyyədə dövlət investisiyalarının həcmi 40% yüksəlib, yaxın keçmişdə 400 səhiyyə müəssisəsi yenilənib və ya yenidən inşa edilib. Lakin səhiyyə üzrə cari dövlət xərcləri Azərbaycanın iqtisadi artımı və digər sahələr üzrə dövlət xərclərinin tempi ilə uzlaşmayıb. Hazırda səhiyyə üzrə dövlət xərcləri Ümumi Daxili Məhsulun 1,5%-ni təşkil edir. Bu, beynəlxalq standartlar baxımından aşağı göstəricidir və Amerika (8,1%), Avropa (7,4%), keçmiş sovet respublikaları (5,9%) və Afrika (3%) üzrə 2010-cu ilin müvafiq orta səviyyəsindən aşağıdır. Azərbaycanın dövlət büdcəsinin yalnız 4,5%-i səhiyyə sahəsinə ayrılır, halbuki Avropa üzrə bu göstəricinin orta səviyyəsi 2010-cu ildə 15,3% təşkil edib. Hökumət də səhiyyəyə xərclənən vəsaitin çox az olduğunu etiraf edir”.
Ekspertin sözlərinə görə, qanunla dövlət səhiyyə müəssisələrində səhiyyə xidmətlərinin pulsuz göstərilməsinin tələb edilməsinə baxmayaraq, bu xidmətlər müqabilində qeyri-formal ödəmələrə yol verilir. A. Grover bildirib ki, bu problemlərin yaranmasının səbəbi həkimlərin və digər səhiyyə işçilərinin aşağı, bəzi mərhələlərdə ölkə üzrə minimum əmək haqqından bir qədər artıq olan əməkhaqqı almalarından irəli gəlir: “Əmək haqqının aşağı olması səhiyyə xidmətlərinin aşağı keyfiyyətində özünü göstərir”.
Xüsusi məruzəçi qeyd edib ki, həkimlər və digər səhiyyə işçilərinin əmək haqları əhəmiyyətli dərəcədə artırılmalıdır.
A. Grover hökumətə icbari tibbi sığorta proqramının həyata keçirilməsinin ön sıraya çıxarılmasını tövsiyə edib. Bu proqramların bir neçə dəfə təxirə salındığını diqqətə çatdıran A. Grover, hökumət rəsmiləri ilə görüşdə bu proqramın nə zaman və necə həyata keçirilməsi barədə məlumat verilmədiyini söyləyib.
A. Grover səfəri zamani həbsxanalarda və istintaq təcridxanalarında sağlamlıq hüququnun icra edilməsi ilə bağlı vəziyyəti də öyrənib. O, həbsxanalarda, xüsusilə həbsxanaların tibb bölməlindəki qeyri-adekvat sanitariya və natəmizlik şəraitindən və vərəm xəstəliyinin yayılmasından narahat olduğunu bildirib.
A. Grover deyib ki, Azərbaycanda cinsi və reproduktiv sağlamlıq hüququnun yerinə yetirilməsinin sürəti də narahatlıq doğurur. Qonaq bəyan edib ki, ölkədə abort dərəcəsi dünyada müşahidə edilən ən yüksək göstəricilərdəndir: “Bu, qismən uşağın cinsi səbəbindən abortun edilməsi, cinsi və reproduktiv sağlamlıq mövzusunda maariflənmə və məlumatlandırma proqramlarının çatışmazlığı ilə bağlıdır”.
Qeyd edək ki, A. Groverin səfəri bu gün başa çatır. O, səfəri zamanı hökumət rəsmiləri, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.
Sosial
Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib - VİDEO
Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
“Əmək bazarı üzrə terminlərin izahlı lüğəti”nin təqdimatı olub - FOTO
Xəbər Lenti
Ukrayna ordusu Azov dənizində 12 tanker, yedək və yük gəmlərinə zərbələr endirib
Dünya Bankı: Qarabağın böyük turizm potensialı var
Paşinyan: Yüksək texnologiyalar sənayesi naziri yeni hökumətdə yer almayacaq
Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb
Paşinyan: Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki variant var
Bəhreynin paytaxtında partlayış səsləri eşidilib
Rəsmi Tehran ABŞ-ın İrana hücumlarını pisləyib
Paşinyan Mişustinlə görüşündən danışıb: Bir sıra razılaşmalar əldə olundu
Paşinyan: Ermənistanın yeni Konstitusiyasının layihəsi ilin sonunadək dərc olunacaq
Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Sabah 37 dərəcə isti olacaq
Sabunçuda 48 kq narkotik aşkarlanıb - VİDEO
Katz Trampın İsrailin Livandan çıxacağı ilə bağlı açıqlamasını təkzib edib
Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatıb
ABŞ Almaniyada “Tomahawk” raketləri yerləşdirəcək
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib - VİDEO
Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
Gələn il Azərbaycandan Çinə yeni birbaşa aviareys açılacaq
“Əmək bazarı üzrə terminlərin izahlı lüğəti”nin təqdimatı olub - FOTO
Mərkəzi Bankın yubiley və xatirə pul nişanlarını daha iki bankdan təhvil almaq mümkün olacaq
Əli Xameneinin cənazəsini daşıyan təyyarə Məşhədə enib
Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - EKSKLÜZİV - FOTO
Şon Mann: Azərbaycan turist sayından çox, turistlərin xərclərini artırmağa fokuslanmalıdır
Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər
Florian Zenqştşmid: Azərbaycanın turizm istiqaməti kimi tanınması 48%-ə yüksəlib
Samuxda yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB-1
Dünya Bankı Azərbaycanda turizm sahəsində əsas çağırışları açıqlayıb
Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
İran ordusu ABŞ-ın Küveyt, Qətər və Bəhreyndəki bazalarını hədəfə aldığını bildirib
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 mlrd. manata yaxınlaşıb
Dünya Bankı: Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
Dünya Bankı: Azərbaycanda məşğulluq artımı əsasən özəl sektor hesabına təmin edilib
Xarici İşlər Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib - FOTO
İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 14 nəfər ölüb, 78 nəfər yaralanıb
AMB: Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatıb
FTX: Ukraynanın Rusiyada hərbçilərə qarşı irimiqyaslı terror planının qarşısı alınıb
Mərkəzi Bank: Geosiyasi gərginliyə baxmayaraq, Azərbaycanın xarici mövqeyi əlverişli olaraq qalır
Rolande Pryce: Azərbaycan turizmi paytaxt mərkəzli modeldən regionlara yönəlməlidir
Dünya Bankı: Azərbaycanın davamlı iqtisadi artımı qeyri-neft sektorundan asılı olacaq
Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayıb: Valideynlərin bilməli olduğu əsas məqamlar
Xarici İşlər Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO
APA TV-də XƏBƏRAPARAN - CANLI
XİN rəhbəri TRIPP-lə bağlı prosesin getdiyini və sənədlərin hazırlandığını açıqlayıb
AZAL Özbəkistan sərnişinləri üçün onlayn ödəniş imkanlarını genişləndirir
Konqoda Eboladan ölənlərin sayı 600-ə çatıb
Ceyhun Bayramov: Azərbaycan Sülh sazişinin yekunlaşdırılması ilə bağlı üzərinə düşən işləri yekunlaşdırıb
Nazir: Ermənistanla delimitasiya şimaldan cənuba davam etdiriləcək, eksklav kənd məsələləri həllini tapacaq
XİN-in rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib - FOTO
76 kq narkotik vasitə və 2000 ədəd psixotrop həbi dövriyyədən çıxarıb - VİDEO
Azərbaycan neftinin qiyməti 82 dolları ötüb