Bank Of Baku

Yelena Rostrapoviç: “2013-cü ildən Səhiyyə Nazirliyi ilə yeni layihənin həyata keçirilməsinə başlanacaq” - FOTO

Yelena Rostrapoviç: “2013-cü ildən Səhiyyə Nazirliyi ilə yeni layihənin həyata keçirilməsinə başlanacaq” - <font color=red>FOTO</font>
# 23 may 2012 12:00 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda səfərdə olan Rostrapoviç-Vişnevskaya Fondunun prezidenti Yelena Rostrapoviçin rəhbərlik etdiyi nümayəndə heyəti mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, nümayəndə heyətinə fondun ABŞ-da yerləşən baş ofisin icraçı direktoru Vilyam Amoss və fondun tibbi direktoru Raul Vintzen daxildir.

Tədbirdə çıxış edən Y. Rastropoviç bildirib ki, səfərdə məqsəd Səhiyyə Nazirliyi ilə Rostrapoviç-Vişnevskaya Fondu tərəfindən Azərbaycanda həyata keçirilən “Hamilə qadınların HepB və HİV-ə qarşı diaqnostikası və yeni doğulmuş uşaqların HepB-ə qarşı profilaktikası” və “Məktəbli uşaqlar arasında helmintlərə qarşı mübarizə” proqramlarını və gələcək perspektivləri müzakirə etməkdir. Fondun 10 ildir Azərbaycanda fəaliyyət göstərdiyini deyən Y. Rastropoviç, 2013-cü ildən Səhiyyə Nazirliyi ilə birgə peyvənd təqviminin genişləndirilməsi və yeni pinevmakok layihəsinin həyata keçirilməsinə başlanacağını açıqlayıb. Onun sözlərinə görə, pinevmakok uşaqlar arasında yuxarı və aşağı tənəffüs orqanlarının iltihabı dünyada ən çox uşaq ölümünə səbəb olan xəstəlikdir.

Fondun Azərbaycandakı nümayəndəliyinin direktoru Soltan Məmmədov bildirib ki, fondun Səhiyyə Nazirliyi ilə birgə təşkil etdiyi Milli İmmunlaşdırma Kampaniyası, həmçinin birgə həyata keçirilən milli peyvənd təqviminə uyğun olaraq rutin peyvənd proqramı sayəsində ölkə ərazisində qızılca, parotit və məxmərək kimi xəstəliklərin göstəriciləri aşağı düşüb. O deyib ki son iki ildə Azərbaycanda qızılca və məxmərək hadisəsi qeydə alınmayıb.

Səfər zamanı nümayəndə heyəti bir sıra tibb müəssisələrində olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR