Bank Of Baku

Azərbaycan Milli Məclisinin rəhbərliyi BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinin bəzi iradlarını qəbul etməyib

Azərbaycan Milli Məclisinin rəhbərliyi BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinin bəzi iradlarını qəbul etməyib
# 23 may 2012 12:04 (UTC +04:00)
APA-nın məlumatına görə, Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.

BMT-nin Uşaq Fondunun məsul əməkdaşı Munir Məmmədzadə isə Azərbaycan Respublikası tərəfindən 2012-ci ildə BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə təqdim edilmiş hesabatlara dair yekun müşahidələrdə milli qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı tövsiyələri barədə danışıb, həmçinin narahatedici məqamları diqqətə çatdırıb. Tövsiyələr sırasında Uşaq Ombudsmanının yaradılması, ölkədə dövlət büdcəsindən təhsil sahəsinə ayrılan xərclərin artırılmasının zəruriliyi və s. məqamlar əksini tapıb.

MM sədrinin müavini Bahar Muradova Azərbaycan dövləti tərəfindən tövsiyələrin bir hissəsinə əməl olunacağını deyib. Lakin o, deyilənlərin bir qismi ilə razılaşmadığını bildirib.

MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli ölkədə İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) institutunun fəaliyyətdə olduğunu xatırladaraq bildirib ki, bu qurumun tərkibində uşaq hüquqları ilə məşğul olan ayrıca bölmə də yaradıla bilər.

MM-in Elm və təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev isə Azərbaycanda dövlət büdcəsindən təhsil sahəsinə ayırmalarla bağlı səsləndirilən iradı qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda dövlət büdcəsindən təhsilə ayırmalar hərbi sahədən sonra ikinci gəlir: “Ölkəmizdə bu sahəyə ayrılan vəsait MDB-də ən yaxşı göstəricilərdən biridir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR