Bank Of Baku

Kamran Ramazanlı: “Azərbaycan və Gürcüstan arasındakı ərazi problemi çoxdanın mövzusudur”

Kamran Ramazanlı: “Azərbaycan və Gürcüstan arasındakı ərazi problemi çoxdanın mövzusudur”
# 23 may 2012 13:08 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Qafqaz Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Keşikçi dağı (David Qareci) ərazisi ilə bağlı Gürcüstan-Azərbaycan münasibətlərində yaranmış problemlərə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, Qafqaz Araşdırmalar Mərkəzinin sədri Kamran Ramazanlı Gürcüstanın Azərbaycana qarşı haqsız ərazi iddialarının olduğunu bildirib: “Azərbaycan və Gürcüstan arasındakı ərazi problemi çoxdanın mövzusudur. Təəssüf ki, bu problemlər bu gün də öz həllini tapmayıb. Keşikçi dağı Gürcüstanın deyil, tarixi Azərbaycan ərazisidir Gürcülər haqsız olaraq bu ərazinin onlara aid olduğunu iddia edirlər. Həmçinin gürcü mətbuatında Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan məlumatlar, ərazi iddiaları yer alır”.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu isə çıxışında bu problemin yaranmasında diqqəti Gürcüstanda yaşayan ermənilərə yönəldib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR