Bank Of Baku

Azərbaycanın təhsil naziri Litvaya rəsmi səfərə gedəcək

Azərbaycanın təhsil naziri Litvaya rəsmi səfərə gedəcək
# 23 may 2012 15:13 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov Litvaya rəsmi səfərə gedəcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir bu gün Litvanın Azərbaycandakı səfiri Kestusis Kudzmanasla görüşüb. M. Mərdanov bildirib ki, iyunun 15-dən 22-dək planlaşdırılan səfər zamanı bir sıra məsələlər müzakirə olunacaq.

İki ölkə arasında təhsil sahəsi üzrə əlaqələrin inkişaf perspektivlərinə toxunan nazir ali məktəblər arasında münasibətlər, Litvanın universitet rektorlarının ölkəmizə səfərlərinin təşkili məsələlərindən danışıb. O, tələbə mübadiləsinin aparılması istiqamətində həyata keçiriləcək işlərin əhəmiyyətli olacağını deyib və Litvanın peşə təhsili təcrübəsi ilə də maraqlanıb.

K. Kudzmanas Litvada tibb (baytarlıq və əczaçılıq daxil olmaqla), texnologiya, biofizika, biokimya, lazer texnologiyası, inşaat, mühəndislik və digər sahələrin xüsusilə inkişaf etdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR