Ombudsman Elmira Süleymanova Qəbələdə görüş keçirib
24 may 2012 02:15 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova “Pilləli uşaq hüquqlarının tədrisi” proqramı ilə bağlı Qəbələ şəhər 2 saylı tam orta məktəbdə şagirdlərlə görüş keçirib. APA-nın məlumatına görə görüşdə Ombudsman Elmira Süleymanova bildirib ki, uşaqların iştirakı ilə gerçəkləşdirilən, müvafiq modullar əsasında tətbiq olunan “Pilləli uşaq hüquqlarının tədrisi” proqramı orta məktəblərdə uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, ictimai fəallığının artırılması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. E. Süleymanova uşaqların öz hüquqları ilə bağlı biliklərini yoxlayıb.
Sonra məktəbdə təlimlər keçirilib. Məktəbin 1-4, 5-7 və 8-11-ci siniflər şagirdlərinin birləşdiyi 3 qrup üzrə həyata keçirilən bu tədrisin məqsədi uşaqların cəmiyyətin kiçik üzvləri olmasına baxmayaraq öz hüquqlarını öyrənməsi, hüquqlarını qorumağı bacarması, cəmiyyət üçün yararlı vətəndaşa çevrilməsini təbliğ etməkdir. Tədris prosesində dərslik kimi əsasən “Uşaq hüquqları konsepsiyası”ndan istifadə olunub. Sonda təlimi uğurla başa vuran 69 şagirdə, fərqlənən 2 müəllimə sertifikat təqdim olunub.

Sosial
İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib
17:29
21 may 2024
Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı yenilənib
17:27
21 may 2024
Gəncədə mülki müdafiə məşqi keçirilib
17:00
21 may 2024
Mayın 5-də keçirilən imtahanların nəticələri elan olunub
16:26
21 may 2024