Bank Of Baku

AMEA-da Dilçiliyin İnkişafına dair Dövlət Proqramının hazırlanması ilə əlaqədar İşçi Qrup yaradılacaq

AMEA-da Dilçiliyin İnkişafına dair Dövlət Proqramının hazırlanması ilə əlaqədar İşçi Qrup yaradılacaq
# 24 may 2012 09:19 (UTC +04:00)
Bakı. Kəmalə Qiuliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ölkə prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamı ilə əlaqədar ilk iclas keçirilib. Bu barədə APA-ya AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu bildirib. Onun sözlərinə görə, AMEA-nın I vitse-prezidenti Arif Həşimovun və humanitar məsələlər üzrə vitse-prezident Nailə Vəlixanlının rəhbərliyi ilə keçirilən toplantıda prezidentin sərəncamına uyğun olaraq yeni sərəncamın hazırlanması qərara alınıb: “Sərəncamda akademiyanın müvafiq elmi bölmələrinə Dövlət Proqramının hazırlanması üçün bir həftə müddətində təkliflərini vermək tapşırılıb. Həmin təkliflər ümumiləşdiriləcək, dilçi mütəxəssislərdən ibarət İşçi Qrup yaradılacaq və əlaqədar nazirliklərin iştirakı ilə Dövlət Proqramının layihəsinin hazırlanmasına başlanacaq”.

Qeyd edək ki, prezident İlham Əliyev dünən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, AMEA Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın layihəsini hazırlayıb 2012-ci il oktyabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR