Bank Of Baku

Avropa Birliyində işsizlərin sayı 25 mln. nəfərə yaxınlaşır

Avropa Birliyində işsizlərin sayı 25 mln. nəfərə yaxınlaşır
# 03 iyul 2012 12:29 (UTC +04:00)
Bakı – APA-Economics. Bu ilin may ayında avrozonaya daxil olan 17 ölkədə işsizlik səviyyəsi 11,1% artıb. “APA-Economics”in xəbərinə görə, bu barədə Avropa Birliyinin Statistika Qurumu (“Eurostat”) açıqlama yayıb.

Avropa Birliyinə üzv olan 27 ölkədə işsizlik səviyyəsi aylıq müqayisədə (mövsümi dəyişikliklər nəzərə alınmaqla) 0,1 faiz bəndi artaraq 10,3%-ə çatıb. İllik müqayisədə isə artım 0,8 faiz bəndi artıb.

“Eurostat” avrozonadakı işsizlərin sayının 17,561 mln. nəfər (o cümlədən bunun 3,412 mln. nəfəri 25 yaşadək olan şəxslər), AB-dəki işsizlərin sayının isə 24,868 mln. nəfər (o cümlədən bunun 5,517 mln. nəfəri 25 yaşadək olan şəxslər) olduğunu bəyan edib. aylıq müqayisədə avrozonada işsizlərin sayı 88 min nəfər, illik müqayisədə 1,82 mln. nəfər artıb. AB üzrə bu göstəricilərdə artım müvafiq olaraq 151 min və 1,952 mln. nəfər təşkil edib.

Ayrı-ayrı ölkələr üzrə göstəricilərə gəlincə, işsizlik səviyyəsi ən az Avstriya (4,1%), Niderland (5,1%), Lüksemburq (5,4%) və Almaniyada (5,6%) artıb. Ən pis göstəricilər isə İspaniya (24,6%) və Yunanıstana (21,9%) məxsusdur.

İllik müqayisədə AB-nin 8 ölkəsində (o cümlədən Estoniya, Litva və Latviyada) işsizlərin sayı azalıb, 18 ölkəsində isə artıb. Ən çox artım Yunanıstan (+6,2%), İspaniya (+3,7%) və Kiprdə (+3,3%) qeydə alınıb. Macarıstanda işsizlik səviyyəsi il ərzində dəyişməyib.

AB-də işsiz kişilərin sayı illik müqayisədə 9,5%-dən 10,3%-ə, işsiz qadınların sayı isə 9,6%-dən 10,4%-ə yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR