Bank Of Baku

Azərbaycanda ali məktəblərin magistraturalarının boş qalan yerlərinə əlavə yerləşdirmə aparılacaq

Azərbaycanda ali məktəblərin magistraturalarının boş qalan yerlərinə əlavə yerləşdirmə aparılacaq
# 03 iyul 2012 15:11 (UTC +04:00)
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, əlavə yerləşdirmə ilə bağlı elan yaxın günlərdə veriləcək.

Bu il magistraturaya qəbul planı 6107 yer olsa da, 5020 nəfər qəbul olunub. TQDK sədri deyib ki, ümumilikdə magistraturaya qəbul imtahanları normal keçib: “Bəzi ixtisaslarda minimal keçid balları yaxşıdır. İnformasiya sistemləri ixtisası üzrə minimal keçid balı 108, idarəetmənin informasiya idarəetməsi üzrə 101, sistem proqramlaşdırması ixtisası üzrə 108 bal olub. Turizm və otelçilik ixtisasları üzrə də minimal keçid balı 100-dən yuxarı olub. Bu onu göstərir ki, həmin ixtisaslar artıq öz yerini tutub”.

M. Abbaszadə deyib ki, müəyyən regional və özəl ali məktəblərdə magistraturanın bağlanması nəticəsində magistraturada müsabiqə vəziyyəti artıb və daha çox yüksək bal toplamış şəxslər qəbul olunub: “Boş qalan yerlər əsasən özəl ali məktəblərdədir. Dövlət ali məktəblərindəki yerlər əsasən dolub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR