Bank Of Baku

Azərbaycanda orta məktəb müəllimlərinin işə qəbulu ilə bağlı 2500 nəfər elektron ərizə verib

Azərbaycanda orta məktəb müəllimlərinin işə qəbulu ilə bağlı 2500 nəfər elektron ərizə verib
# 03 iyul 2012 15:42 (UTC +04:00)
Bu barədə APA-ya Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov bildirib. Onun sözlərinə görə, ərizə verənlər daha çox ibtidai sinif (671), ingilis dili (450), Azərbaycan dili və ədəbiyyat (298) və riyaziyyat (230) müəllimləridir.

Ümumilikdə bu il 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılacaq. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir. Vakant müəllim yerlərinin 48-i peşə liseylərinin payına düşür. Bakı məktəblərindəki vakant yerlərin 237-si Azərbaycan, 56-sı rus bölməsi üzrədir. Bölgələrdəki vakant yerlərin isə 2886-sı Azərbaycan, 91-i rus bölməsinin payına düşür.

F. Qədirovun sözlərinə görə, sənəd qəbulu iyulun 15-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR