Bank Of Baku

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin ikinci mərhələsinə iyulun 23-dən başlanacaq

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin ikinci mərhələsinə iyulun 23-dən başlanacaq
# 03 iyul 2012 15:57 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov bildirib. Onun sözlərinə görə, iyulun 15-dən 20-dək namizədlərdən qəbul edilən elektron ərizələrin təsdiqi həyata keçiriləcək: “İmtahanlara qədər hər bir namizəd öz elektron səhifəsində imtahanın vaxtı və yeri haqqında məlumat ala biləcək. Ayın 23-dən başlayaraq isə təsdiq olunmuş qrafik üzrə namizədlər kompüter arxasında imtahan suallarına cavab verəcəklər”.

F. Qədirov deyib ki, müəllimlərə 35 sual təqdim ediləcək. Onlardan 25-i ixtisas fənni üzrə, 5-i tədris strategiyaları, 5-i isə tədris metodikası üzrə olacaq: “Namizədlər kompüterin ekranında öz topladıqları balı gördükdən sonra imtahan otaqlarını tərk edəcəklər. Hər bir fənn üzrə imtahan başa çatdıqdan dərhal sonra, proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq. Namizədlər öz elektron səhifəsində işə qəbul olunduqları və ya hansı səbəbə görə, olunmadıqları haqda məlumat əldə edəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR