Bank Of Baku

“Səadət” Sarayının təmirdən sonra açılış mərasimi keçiriləcək

“Səadət” Sarayının təmirdən sonra açılış mərasimi keçiriləcək
# 04 iyul 2012 09:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Sabah Bakıdakı “Səadət” Sarayının təmirdən sonra açılış mərasimi keçiriləcək. APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, uzun müddətdir təmirə dayanan saray tamamilə müasir təchizatla təmin olunub: “Binada zəlzələyə qarşı yeni sistem quraşdırılıb və bütün təhlükələrə qarşı mühafizə sistemi qurulub. Saray 9-10 bal gücündə zəlzələyə davamlıdır. Bu, onu deməyə əsas verir ki, saray uzun illər xalqa xidmət edəcək”.

Nazirin sözlərinə görə, saray mükəmməl təmir olunub və binanın tarixiliyini əks etdirən görünüşü də saxlanılıb.

Qeyd edək ki, Bakının mərkəzində yerləşən və kifayət qədər yaşa malik “Səadət” Sarayı uzun müddət idi ki, təmirə dayanmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR