Bank Of Baku

Təhsil Nazirliyində “Ali təhsil və beynəlxalq əlaqələr” mövzusunda tədbir keçirilib

Təhsil Nazirliyində “Ali təhsil və beynəlxalq əlaqələr” mövzusunda tədbir keçirilib
# 04 iyul 2012 11:25 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Təhsil Nazirliyində “Ali təhsil və beynəlxalq əlaqələr” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, təbirdə təhsil naziri Misir Mərdanovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin İtaliya və Litva respublikalarına səfərinin nəticələri, nazirliyin beynəlxalq əlaqələrinin hazırkı vəziyyəti ilə bağlı da məlumat verilib. Təbirdə çıxış edən M. Mərdanov bildirib ki, xaricdə təhsil digər ölkələrdə olduğu kimi Azərbaycanda da ta qədimdən prioritet məsələ olub. Nazirin sözlərinə görə, hazırda Azərbaycan gənclərinin dövlət xətti ilə dünyadakı 625 ali məktəbində təhsil almaq şansı var. Belə təhsil olacaqlarının daha çox Almaniyada olduğunu deyən M. Mərdanov deyib ki, hazırda ən çox azərbaycanlı tələbə Türkiyə, Almaniya, Böyük Britaniya, Kanada və Rusiyada təhsil alır. Nazir hazırda dünyanın 23 ölkəsinin 200-dən çox ölkəsində azərbaycanlı tələbələrin təhsil almaqda olduqlarını bildirib. Onun sözlərinə görə, tələbələrin ən çox hissəsi, 35 faizi tibb ixtisasları üzrə təhsil alır. Bundan sonra iqtisadiyyat, mühəndislik, neft sənayesi, informasiya resursları və digər ixtisaslar gəlir.

Nazir xaricdə təhsillə bağlı əldə edilən nailiyyətlərdən və problemlərdən də danışıb. Sonda “Ali təhsil və cəmiyyət” elmi-metodiki jurnalının və “Dünyanın 100 ən yaxşı universiteti” kitabının təqdimatı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR