Bank Of Baku

İsmayıl Qaspıralının həyat və fəaliyyətinə həsr olunan kitab nəşr olunub

İsmayıl Qaspıralının həyat və fəaliyyətinə həsr olunan kitab nəşr olunub
# 04 iyul 2012 15:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Filologiya elmləri doktoru Abid Tahirlinin sayca 12-ci kitabı işıq üzü görüb. APA-nın xəbərinə görə, “Bütün türklərin tərcümanı” adlı həmin əsər XIX əsrin II yarısı - XX əsrin əvvəlləri Rusiya müsəlmanlarının lideri, “Tərcüman” qəzetinin naşiri və redaktoru, yazıçı-publisist, tərcüməçi, yeni üsullu məktəbin yaradıcısı, məşhur “Dildə, fikirdə, əməldə birlik” ideyasının müəllifi, ortaq ədəbi dil uğrunda ömrünün sonunadək mübarizə aparmış İsmayıl Qaspıralının həyat və fəaliyyətinə həsr olunub.

Bu əsər ötən il eyni adla buraxılmış kitabın təkrar və təkmilləşdirilmiş nəşridir. A. Tahirli bu dəfə şəxsi həyatı və irsi ilə Azərbaycanla sıx bağlı olan İ.Qaspıralının azərbaycanlı silahdaşları ilə əlaqə və əməkdaşlığından daha əhatəli bəhs edib, “Tərcüman”ın səhifələrində Azərbaycana, onun ədəbi-mədəni-mətbu həyatına dair verilmiş çoxsaylı məqalələri təhlilini aparıb. Diqqətçəkən məqamlardan biri də budur ki, SSRİ-də İ.Qaspıralı irsinə yasaq qoyulduğu, hətta məzarının dağıldığı dövrlərdə mühacirətdəki azərbaycanlılar, onların mətbu orqanları İ.Qaspıralı ideyalarını təbliğ edib, yaşadıblar. Müəllif ilk dəfə mühacirət mətbuat nümunələrinin İ.Qaspıralı irsi ilə bağlı materiallarını dərindən təhlil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR