Bank Of Baku

“Kreativ nəsil: Gələcək bu gün yaranır” mövzusunda milli müzakirə keçirilir - FOTOSESSİYA

“Kreativ nəsil: Gələcək bu gün yaranır” mövzusunda milli müzakirə keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 05 iyul 2012 08:19 (UTC +04:00)
APA-nın məlumatına görə, SAM-ın direktoru Fərhad Məmmədov tədbirin açılışında bildirib ki, məqsəd yeniləşən Azərbaycan gəncinin gələcəyə baxışının formalaşmasını müzakirə etməkdən ibarətdir: “Bir neçə həftə əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bununla bağlı fundamental məqaləsi dərc olunub. Bu, həmin məqalə ilə əlaqədar ilk ictimai müzakirədir. Çox şadıq ki, bu müzakirələri ilk olaraq gənclər aparır. Hazırda ölkə əhalisinin 60 faizindən çoxunu gənclər təşkil edir. Sonra isə bu müzakirələrin elmi ictimaiyyət, vətəndaş cəmiyyəti qurumları tərəfindən aparılmasını təşkil etmək istəyirik. Bu gün həmçinin bir neçə təqdimat da keçiriləcək. İlk növbədə Azərbaycanın yeni postmodern cəmiyyətə keçidi, modernləşmənin iqtisadi, siyasi, sosial, iqtisadi tərəfləri, bütün bu proseslərdə gənclərin rolu və vəzifəsi məsələləri müzakirə ediləcək. Gənclər tərəfindən səslənən təkliflər ümumiləşdirilərək Prezident Administrasiyasına göndəriləcək”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik katibi Kamal Abdulla isə bildirib ki, Heydər Əliyevin əsasını qoyduğu strategiyanın, prezident İlham Əliyevin bugünkü və gələcək siyasətinin ciddi analitik təhlili aparılır. Akademik Ramiz Mehdiyevin “XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində” məqaləsinə toxunan K. Abdulla bu əsəri “bizimlə səmimi söhbət” kimi dəyərləndirib. K. Abdulla Azərbaycan dilinin mövcud vəziyyətindən də danışıb və bəyan edib ki, dil cəmiyyətin həssas tərəfidir: “Azərbaycan dilinin hazırkı problemləri hamını narahat edir. Bu problemlər və onun həlli yolları yeni hazırlanacaq dövlət proqramında tam əks olunacaq”.

Tədbir sessiyalarda davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR