Bank Of Baku

Gənclər üçün arxeoloji düşərgələr başa çatıb - FOTO

Gənclər üçün arxeoloji düşərgələr başa çatıb - <font color=red>FOTO</font>
# 05 iyul 2012 10:31 (UTC +04:00)
Bakı – APA. Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən bu ildən etibarən ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə respublikanın müxtəlif regionlarında təşkil olunan arxeoloji düşərgələr başa çatıb. GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşərgənin təşkil edilməsində əsas məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlara Azərbaycan tarixi haqqında əyani olaraq geniş məlumatların verilməsi olub.

Bununla əlaqədar GİN, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 22 iyun tarixindən ali təhsil müəssisələrinin tələbələri üçün Qəbələ rayonunda arxeoloji düşərgələrə start verib. Düşərgədə 15-ə yaxın ali təhsil müəssisəsindən 80 nəfər gənc iştirak edib.

Düşərgələrdə iştirak etmiş gənclərə Gənclər və İdman nazirliyi tərəfindən sertifikatlar və hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, tədbir “Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR