BAMF BMT-də dayanıqlı və əsaslı inkişaf istiqamətində donor və tərəfdaş təşkilatların tədbirini keçirib - FOTO
Qeyd olunub ki, BAMF iyulun 2-9-da Nyu-York şəhərində, BMT-nin Baş Qərargahında BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) Yüksək Səviyyəli Toplantısına qatılıb. Bu toplantıda BAMF “Dayanıqlı və geniş inkişaf istiqamətində işləyən donor və partnyorların toplantısı” adlı tədbirini keçirdi. Tədbirdə vətəndaş cəmiyyəti və BMT-nin donor icmasını təmsil edən nümayəndələr iştirak ediblər. ECOSOC-un QHT-lər Bölməsinin rəhbəri cənab Andrey Abramov Azərbaycanın BMT-dəki missiyası tədbirdə yaxından iştirak edib. Son illər dayanıqlı və geniş inkişaf istiqamətində həyata keçirilən işlərdə BAMF-a ən çox dəstək göstərən ABŞ Dövlət Departamentini xanım Kone Hensman təmsil edib.
Açılış sözü ilə tədbiri açıq elan edən BAMF-ın sədri Umud Mirzəyev kasıbçılıq və aclıq məsələsinə müraciət edərək bu sahədə mövcud olan qlobal strategiyanı müzakirə etmək üçün dayanıqlı və əsaslı inkişafa dəstək olan donorlar və tərəfdaşlarla görüşməyə ehtiyac olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Mili Məclisinin üzvü Qənirə Paşayeva vətəndaş cəmiyyətinin inkişafı üçün Azərbaycan hökumətinin göstərdiyi səylərdən söz açıb.
Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdir müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının nümayəndəsi Məhəmməd Məhərrəmov qaçqınlar və məcburi köçkünlər sahəsində Azərbaycan hökumətinin gördüyü işlərdən söz açıb.
BMT QAK-ın Nyu-York ofisinin direktoru Udo Canz məcburi köçkünlərin vəziyyətinin həmişə gündəlikdə olmasının vacibliyini qeyd edib. Azərbaycanda məcburi köçkün məsələsinə toxunan Udo Cans bu istiqamətdə gələcəkdə görüləcək işlərin hələ çox olduğunu bildirib və deyib ki, Dağlıq Qarabağ məsələsi həll edildikdən sonra yeni problemlərin çözülməsinə ehtiyac olacaq.
BMT İP-nin Mərkəzi Asiya və Azərbaycan üzrə bölməsinin rəhbəri Jan Harfist iştirakçılara müraciət edərək deyib: “Dayanıqlı insan inkişafı BMT İP-nin fəaliyyətinin əsasını təşkil edir. Kasıbların və marginləşmiş (zəif) qrupların ehtiyacları inkişaf prioritetləri olaraq qaldıqca, iqtisadi inkişaf iş yerləri yarada və kasıbçılığı aradan qaldıra bilməyəcək”.
Digər fikir UNİSEF-un nümayəndəsi Suba Jayasekanan tərəfindən söylənilib. O, diqqəti kasıbçılığın aradan qaldırılması istiqamətində YUNİSEF-in müraciət etdiyi yeni fəaliyyətdən - “Uşaqların hüquqları və biznes prinsipləri” layihəsindən söhbət açıb.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəsi Envera Selimoviç əhali arasında bərabər dayanıqlı inkişaf sahəsində QHT-lərin, xüsusilə də BAMF-ın fəaliyyətini yüksək dəyərləndirib.
Tədbirdə “ Dayanıqlı inkişaf istiqamətində əsas məsələlər kasıbçılıq, gender balansı, uşaq haqları, əlillər, təhsil, səhiyyə və ətraf mühit məsələsidir” deyən ECOSOC-un QHT-lər Bölməsinin rəhbəri Andrey Abramov QHT-lərə, xüsusilə də BAMF-a öz fəaliyyətini genişləndirməyi, dayanıqlı inkişaf istiqamətində dəstəyə ehtiyacı olan ölkələrdə də aksiyalar həyata keçirməyi tövsiyə edib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Kone Hensman BAMF-ın Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi sahəsində gördüyü işlərdən məmnun olduğunu, təşkilatın bu istiqamətdə aparılan işlərin önündə getməsindən təsirləndiyini ifadə edib.
Sonda BAMF-ın sədri U. Mirzəyev bütün iştirakçılara tədbirin uğurlu keçməsində gördükləri işə görə dərin təşəkkürünü bildirib.
Xatırladaq ki, BAMF ECOSOC-un xüsusi məşvərətçi statuslu üzvüdür və dəfələrlə BMT-nin Yüksək Səviyyəli Toplantılarında şifahi və yazılı müraciətlərlə çıxış edib.
Sosial
“28 May” metrostansiyasında eskalatorlardan biri təmirə dayandırılacaq
Təmirlə əlaqədar Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq
Əmək bazarı işçi qrupunun növbəti iclası keçirilib
Ağalıda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim edilib
Xəbər Lenti
Oman və İran XİN başçıları Hörmüz boğazında sərbəst gəmiçiliyi müzakirə edib
Ukrayna yaxın günlərdə ABŞ-dan "Patriot" sistemi üçün raketlər alacaq
Zelenski: Ukrayna “Freya” adlı strateji əhəmiyyətli layihəyə başlayır
CNN: Pakistan və Qətər İranla ABŞ-ı danışıqlar masasına qaytarmağa çalışır
Ərdoğan: Türkiyə Ukraynada sülh üçün kommunikasiya kanallarını açıq saxlayır
İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində partlayışlar baş verib
Çexiyada 5,5 bal gücündə zəlzələ baş verib
Avropa Liqası: “Qarabağ” İslandiyanın “Vestri” komandasını məğlub edib
Katz: İsrail ordusu İrana qarşı əməliyyatı bərpa etməyə hazırdır
“28 May” metrostansiyasında eskalatorlardan biri təmirə dayandırılacaq
Təmirlə əlaqədar Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq
Netanyahu: İsrail ordusu təhlükəsizlik təmin olunana qədər Cənubi Livandan çıxmayacaq
Əraqçi: ABŞ-ın hücumları İslamabad Memorandumunun açıq şəkildə pozulmasıdır
Avropa İttifaqının vahid ordu ideyası siyasi ambisiyalar fonunda dalana dirənib - RƏY
Əmək bazarı işçi qrupunun növbəti iclası keçirilib
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
Azərbaycanla Türkiyə arasında hərbi-texniki əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub
Ağalıda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim edilib
Samvel Karapetyanın ev dustaqlığı daha 2 ay uzadılıb
Katex çayında köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib - VİDEO
Türkiyə və İran XİN rəhbərləri atəşkəsi müzakirə edib
Bakıda kişi arvadını güllələyib - YENİLƏNİB-1
Seyran Ohanyan və digər sabiq məmurların Göyçə gölü sahilindəki qanunsuz tikililəri sökülüb
Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
Publik hüquqi şəxslərdə mövcud vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıb
Çində ayaqqabı fabrikində yanğın baş verib, 28 nəfər ölüb - YENİLƏNİB
"Tibb müəssisələrinin akkreditasiyası Qaydası” yeni redaksiyada təsdiqlənib
Qazdan istifadəyə dair yeni qaydalar müəyyənləşib, prosedurlar elektronlaşdırılır
Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları təsdiqlənib
Sahibə Qafarova Pİ-nin konfransında Ermənistanın işğalı nəticəsində ətraf mühitə vurulan ziyandan danışıb
“QHT işi” üzrə təqsirləndirilən daha bir şəxsə hökm oxunub
KİV: Hörmüz boğazından neft tankerlərinin hərəkəti demək olar dayanıb
SEPAH İordaniyadakı Əl-Əzraq aviabazasını 10 ballistik raketlə vurub
NATO-nun Ankara sammiti: Türkiyə alyansın strateji mərkəzi kimi mövqeyini daha da gücləndirir - TƏHLİL
ABŞ qüvvələri son iki gündə İranda 170-dən çox hərbi hədəfə zərbə endirib
Bakıda təmir gedən yollar açıqlanıb
Bakının bəzi ərazilərində qaz təchizatı qısamüddətli dayandırılacaq
MM-də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib
Süni intellekt üçün internet Bakcelldən
Tahir Mirkişili: NATO Türkiyənin geostrateji rolunu yalnız bəyanatlarda deyil, praktik addımlarla da qiymətləndirməlidir
Mühasibat və vergi məsləhəti xidməti göstərən şəxslərin inzibati məsuliyyətinə aydınlıq gətirilib
Umud Mirzəyev: Azərbaycan diplomatiyası bu gün əldə etdiyi mövqeyə böyük səy və mübarizə nəticəsində gəlib
Bu ilin ilk yarısında 226,3 mln. manat məbləğində ipoteka krediti verilib
Azərbaycanda rəqəmsal inkişaf üzrə 58 təşəbbüsün icrasına başlanılıb
Prezident Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatı və tranziti barədə sazişi təsdiqləyib
İordaniya ordusu İranın atdığı 8 raketi zərərsizləşdirib, itki olmayıb
Vaqif Poeziya Günlərinin bu il keçiriləcəyi tarix məlum olub
İran ABŞ-ın Sirik şəhərinə hücumunda 3 nəfərin öldüyünü bildirir
İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir
Ramid Namazov: Milli Məlumat Hövzəsinin yaradılması istiqamətində iş gedir