Bank Of Baku

Azərbaycan Ombudsmanının səlahiyyətləri artırılıb

Azərbaycan Ombudsmanının səlahiyyətləri artırılıb
# 06 iyul 2012 07:50 (UTC +04:00)
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Dəyişikliyə əsasən insan hüquqları üzrə müvəkkilə (ombudsmanın) və Milli Preventiv Qrup üzvlərinə istənilən vaxt maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək səlahiyyəti verilib.

Bundan başqa, ombudsman və Milli Preventiv Qrup məhkumların saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin rəhbərliyi tərəfindən təxirəsalınmadan qəbul edilmək, ombudsmanın isə həmçinin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin rəhbərliyinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ sənəddə əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR