İnsan Hüquqları Klubu tədbir keçirib
06 iyul 2012 11:08 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İnsan Hüquqları Klubu tədbir keçirib.
APA-nın məlumatına görə, tədbirdə klubun rəhbəri Rəsul Cəfərov, vəkil Elçin Sadıqov, o cümlədən bəzi ömürlük məhbusların yaxınları çıxış ediblər.
R. Cəfərov diqqəti Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin hazırladığı hesabata yönəldərək, deyib ki, bu siyahıda ömürlük məhbuslardan 15-nin adı yer alıb. İnsan Haqları Klubu bu şəxslərin barəsində yenidən ədalətli məhkəmə istintaqının aparılmasını təklif edir: “İnsan Haqları Klubu ölkədə ömürlük məhbusların durumunun müsbətə doğru dəyişilməsi üçün vətəndaş cəmiyyəti və hakimiyyət arasında dialoqun başlanmasını istəyir. Həmçinin, insan hüquqlarının müdafiəsi təşkilatları bir yerə toplaşaraq, siyasi məhbuslarla bağlı yekun siyahı hazırlamalıdırlar”.
Tədbirdə bildirilib ki, hüquq-müdafiə təşkilatları hökumətlə birgə Avropa Şurası Parlament Assambleyasının payız sessiyasına qədər siyasi məhbus siyahısını hazırlamasa, Klub məqbul bildiyi variantı qəbul edə bilər.
Toplantıda çıxış edən məhbusların yaxınları isə ömürlük azadlıqdan məhrum edilən şəxslərə biganə münasibətdən gileyləniblər.
E. Sadıqov İnsan Haqları Klubunun bu məsələ ətrafında vahid mövqe nümayiş etdirilməsi üçün oktyabrda geniş tədbir keçirmək niyyətini açıqlayıb.

Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024