Bank Of Baku

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 22 santimetr artıb

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 22 santimetr artıb
# 06 iyul 2012 11:22 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 22 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 187 kubmetr/saniyə, ongünlük normanın 63 faizini təşkil edir. APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 161 kubmetr/saniyə olmaqla, ongünlük normanın 110 faizini təşkil edir.

Son iki gün ərzində Kür çayının aşağı axınında isə suyun səviyyəsində azalma qeydə alınıb. Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 37, Şirvanda 15 santimetr azalma, lakin Salyanda 55, Bankədə 16 santimetr artım, Araz çayının Novruzlu məntəqəsində isə 25 santimetr azalıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 442, Şirvanda 348, Salyanda 298, Bankədə 263, Araz çayının Novruzlu məntəqəsində isə 180 santimetr təşkil edir.

Hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara bölgəsi çaylarında 235-245, Naxçıvan MR-sı çaylarında isə 60-65 faizini təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR