Bank Of Baku

“Eurovision-2012” mahnı müsabiqəsinin könüllüləri mükafatlandırılacaq

“Eurovision-2012” mahnı müsabiqəsinin könüllüləri mükafatlandırılacaq
# 06 iyul 2012 12:48 (UTC +04:00)
Bakı – APA. Bakıda fəaliyyət göstərən ali təhsil müəssisələrindən 1000-ə yaxın tələbə 57-ci “Eurovision” mahnı müsabiqəsində könüllü qismində çalışıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, GİN iyulun 7-də “Buta Palace”-da həmin könüllülər üçün əyləncəli gecə və sertifikatların təqdimetmə mərasimini təşkil edəcək. Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Heydər Əliyev Fondu, Prezident Administrasiyası və digər dövlət rəsmilərinin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, onların seçimi ilə GİN və Gənclər Fondu məşğul olub.

Könüllər Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “İrəli” İctimai Birliyi, Gənclər Təşkilatları Milli Şurası və Kreativ Gənclər Birliyinin xətti ilə, eləcə də sərbəst şəkildə edilmiş müraciətlər əsasında müsabiqədə iştirak ediblər. Müraciət edənlər GİN-də yaradılmış komissiya tərəfindən müsabiqələrdən keçdikdən sonra xüsusi təlimlərə qatılıblar. Müsabiqəyə könüllü olmaq üçün 3000 nəfərdən çox şəxs müraciət edib, ilkin mərhələdə 750 nəfər könüllü olmaq üçün seçilib.

600 nəfər isə rezerv kadr kimi saxlanıb və sonradan 300 nəfərə yaxın könüllü də müsabiqədə işləmək üçün cəlb edilib. Beləliklə, 1000 nəfərə yaxın könüllü yarışmada könüllü qismində çalışıb.

Könüllü qismində ali təhsil müəssislərinin tələbələri ilə yanaşı, müxtəlif müəssisələrdə, şirkətlərdə çalışan şəxslər də qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR