Bank Of Baku

Təhsil Nazirliyi Misir Mərdanovun müəllimlərin əmək haqqı barədə açıqlamasına aydınlıq gətirib

Təhsil Nazirliyi Misir Mərdanovun müəllimlərin əmək haqqı barədə açıqlamasına aydınlıq gətirib
# 06 iyul 2012 14:07 (UTC +04:00)
B. Hüseynzadə APA-ya bildirib ki, nazir jurnalistlərin “Litvada müəllimlərin əmək haqqı Azərbaycanla müqayisədə hansı səviyyədədir” sualına cavabı bəzi mətbuat orqanları tərəfindən müxtəlif cür hallandırılıb: “İclasdan əvvəl nazir jurnalistlərə müsahibə verdi, həmin vaxt mən də onun yanında idim. Mən həmin tədbirdə də axıra qədər iştirak etmişəm. Nazir iclasda çıxışında da bildirdi ki, Litva Respublikasından yenicə qayıdıb və jurnalistlər maraqlanıb ki, həmin ölkədə müəllimlərin əmək haqqı Azərbaycanla müqayisədə necədir? Nazir də bildirib ki, bizdən təxminən iki dəfəyə yaxın üstündür. Eyni zamanda nazir deyib ki, Litva Avropa ölkəsidir, orada yaşayış səviyyəsi yüksəkdir və orada müəllimlərin əmək haqqının yüksək olması da çox təbiidir.

Təəssüflər olsun ki, bəzi kütləvi informasiya vasitələri və bəzi jurnalistlər bu məsələni şişirtməyə və siyasiləşdirməyə çalışır, kimlərinsə maraqlarına xidmət edən məlumatlar vermək istəyirlər. Biz ölkə mətbuatında bu formada şişirdilmiş məlumatları təkzib edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR