Ballast sularının idarə edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə regional tədbir keçirilir
09 iyul 2012 09:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Dəniz Administrasiyası (ARDDA) və Beynəlxalq Dəniz Təşkilatının (İMO) təşkilatçılığı ilə ballast sularının idarə edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə regional tədbir başlayıb. Bu barədə APA-ya ARDDA-dan məlumat verilib. Tədbirdə İMO ekspertləri ilə yanaşı, Xəzəryanı dövlətlər olan Qazaxıstan, Türkmənistan, İran və Rusiyadan nümayəndələr iştirak edir.
Tədbirin məqsədi beynəlxalq dəniz daşımaları zamanı dəniz ətraf mühitinin mühafizəsi, gəmilər tərəfindən dənizin çirklənməsinin qarşısının alınması, dəniz bioloji mühitinin qorunub saxlanılması və çirklənmə ilə mübarizədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üzrə təcrübə mübadiləsinin aparılması və mövcud təcrübə bazasının təkmilləşdirilməsidir. Tədbirə Azərbaycan Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər Dəniz Neft Donanması və dənizçilik sahəsində fəaliyyət göstərən digər təşkilatların nümayəndələri qatılıb.
Açılış mərasimində çıxış edən ARDDA-nın rəis müavini Ehtiram Rəhimov Xəzər dənizində daşınmaların həyata keçirilməsi zamanı ballast sularının idarə edilməsi ilə bağlı beynəlxalq standartlarının yerinə yetirilməməsinin dənizin ekoloji mühitinə fəsadlar verə biləcəyindən danışıb.
Tədbir iyul ayının 11-də başa çatacaq.

Sosial
Ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb
10:07
17 may 2024
18 il ərzində insan alveri cinayətlərinə görə 95-i kişi, 541-i isə qadın məsuliyyətə cəlb olunub
10:06
17 may 2024
İnsan alveri qurbanlarının respublikanın rayon və şəhərləri üzrə bölgüsü məlum olub
10:05
17 may 2024
İnsan alverinə qarşı mübarizəylə əlaqədar yeni Milli Fəaliyyət Planı hazırlanır
10:05
17 may 2024