Bank Of Baku

Növbəti tədris ilində Azərbaycanda 5 ali, 13 orta, 12 peşə və 11 ümumtəhsil müəssisəsi akkreditasiyadan keçiriləcək

Növbəti tədris ilində Azərbaycanda 5 ali, 13 orta, 12 peşə və 11 ümumtəhsil müəssisəsi akkreditasiyadan keçiriləcək
# 09 iyul 2012 09:34 (UTC +04:00)
Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyevin APA-ya verdiyi məlumata görə, növbəti tədris ilində Azərbaycanda 5 ali təhsil, 13 orta ixtisas təhsili, 12 peşə təhsili və 11 ümumtəhsil müəssisəsinin akkreditasiyası həyata keçiriləcək. Onun sözlərinə görə, təhsil müəssisələrinin akkreditasiyasına oktyabr ayının sonlarında start veriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin akkreditasiyası keçirilir. Bu tədris ocaqlarının akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR