Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Hidroloji proqnozlar metodikaya uyğun olaraq özünü doğruldub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Hidroloji proqnozlar metodikaya uyğun olaraq özünü doğruldub
# 09 iyul 2012 10:06 (UTC +04:00)
ETSN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılan analitik araşdırmalar Milli Hidrometeorologiya Departamentinin gursululuq dövrü üzrə çaylarda gözlənilən sululuğa dair verdiyi hidroloji proqnozların metodikaya uyğun olaraq özünü doğrultduğunu müəyyən edib. Belə ki, gursululuq üzrə proqnozlar aprel ayında 82, may ayında 88, iyun ayında isə 67 faiz özünü doğruldub.

Hidrometeoroloqların temperatur və yağıntı ilə bağlı aylar üzrə (aprel, may, iyun) verdiyi proqnozlar da faktiki vəziyyətə görə özünü doğruldub:
- aprel ayında temperatur üzrə 92, yağıntı üzrə 63, ümumilikdə 78 faiz;
- may ayında temperatur üzrə 98, yağıntı üzrə 69, ümumilikdə 84 faiz;
- iyun ayında isə temperatur üzrə 97, yağıntı üzrə 89, ümumilikdə 93 faiz.

Qeyd edək ki, dünya təcrübəsində aylıq meteoroloji proqnozların özünü doğrultması 60-70 faiz təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR