Bank Of Baku

Azərbaycanda 50 dildə işləyən tərcümə laboratoriyası yaradılıb

Azərbaycanda 50 dildə işləyən tərcümə laboratoriyası yaradılıb
# 09 iyul 2012 12:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəzdində tərcümə laboratoriyası yaradılıb. Mərkəzin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevin APA-ya verdiyi məlumata görə, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin www.aliyevheritage.org portalında H. Əliyevin irsi 50 dildə təqdim edilir: “Portal 9-cu ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində ən müxtəlif dillərə tərcümə sahəsində unikal təcrübə qazanmışıq. Odur ki, mərkəzin tərcümə şəbəkəsində çalışan və bu şəbəkə ilə əməkdaşlıq edən çoxsaylı peşəkar tərcüməçilərin potensialından istifadə etməklə tərcümə laboratoriyasını yaratmaq qərarına gəldik“.

F. Babayev cari ilin sentyabr ayının ortalarından etibarən tərcümə laboratoriyasının silsilə tədbirlərinin başlanacağını və artıq tərcümə sahəsində araşdırmalar aparan bir sıra mötəbər qurumlarla işbirliyinin qurulduğunu da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR