Bank Of Baku

AMEA və Akademiya sisteminə daxil olmayan elmi təşkilatlar üzrə doktoranturaya yekun qəbul planı Nazirlər Kabinetinə təqdim edilib

AMEA və Akademiya sisteminə daxil olmayan elmi təşkilatlar üzrə doktoranturaya yekun qəbul planı Nazirlər Kabinetinə təqdim edilib
# 09 iyul 2012 13:09 (UTC +04:00)
Bu barədə APA-ya AMEA-nın doktorantura və kadrlar şöbəsinin müdiri Sara Əfəndiyeva bildirib. Onun sözlərinə görə, AMEA üzrə fəlsəfə doktoru proqramı üçün 288 (158 əyani, 130 qiyabi), elmlər doktoru proqramı üçün 110 (26 əyani, 84 qiyabi) yer təklif edilib.

AMEA sisteminə daxil olmayan elmi təşkilatlar üzrə isə fəlsəfə doktoru proqramı üçün 234 yer təklif edilib. Onlardan 121 yer əyani, 113 yer qiyabidir. Elmlər doktoru proqramı üçün təklif edilən 59 yerdən 5-i əyani, 54-ü qiyabidir. AMEA sisteminə daxil olmayan elmi təşkilatlarda fəlsəfə doktoru hazırlığı üçün dissertanturaya 220, elmlər doktoru hazırlığı üçün isə 10 yer təklif edilib.

S. Əfəndiyeva deyib ki, bu ayın axırınadək qəbul planları Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək. Bundan sonra Azərbaycanda 2012-2013-cü tədris ili üzrə doktoranturaya qəbul elanı veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR