Bank Of Baku

Təbii fəlakət baş vermiş Krasnodar diyarına Azərbaycanın humanitar yardım göndərməsi Rusiya mətbuatında geniş işıqlandırılıb

Təbii fəlakət baş vermiş Krasnodar diyarına Azərbaycanın humanitar yardım göndərməsi Rusiya mətbuatında geniş işıqlandırılıb
# 09 iyul 2012 14:19 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya telekanalları və KİV-i Azərbaycandan Rusiyanın təbii fəlakət baş vermiş bölgəsinə humanitar yardım göndərməsi ilə bağlı ətraflı məlumat yayıb. APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiyanın “Rossiya 24” kanalının hazırladığı süjetdə 22 maşından ibarət maşın karvanının Azərbaycandan Krasnodara yola salındığı, hazırda maşın karvanının Dağıstan ərazisində olduğu bildirilib. Kanalın hazırladığı süjetdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 22 yük avtomobilindən ibarət humanitar yardıma içməli su, şirələr və digər zəruri ərzaq məhsulları daxil olduğu bildirilib.

Onu da qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin başçılığı altında fövqəladə komissiyanın iclası keçirilib. İclasda prezidentə Azərbaycanın təbii fəlakət bölgəsinə yardım göndərdiyi barədə məruzə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR