Bank Of Baku

İyunda Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 1073 müraciət daxil olub

İyunda Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 1073 müraciət daxil olub
# 09 iyul 2012 15:57 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. İyunda Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 1073 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətlərin 985-i telefonla, 88-i elektron poçt vasitəsilə qəbul edilib. Şikayət məzmunlu müraciətlərin 4-ü Bakı şəhərindən, 7-si Abşeron, 1-i isə Saatlı rayon ümumi təhsil məktəbləri ilə əlaqədar olub. Müraciətlərdə şagirdlərin illik qiymətlərinin çıxarılması, təhsil sənədlərinin doldurulması və məzunlara verilməsi sahəsində çatışmazlıqlar, məktəb rəhbərlərinin yol verdikləri nöqsanlar öz əksini tapıb.

2011-2012-ci tədris ilinin yay imtahan sessiyasında “qaynar xətt”ə ali və orta ixtisas təhsili müəssisələrindən 15 müraciət daxil olub. Onlardan 10-u dövlət, 4-ü özəl ali təhsil, 1-i orta ixtisas təhsili müəssisələri ilə əlaqədardır. Həmin müraciətlər ali təhsil, magistratura təhsili, tələbələrin semestr və dövlət imtahanlarına buraxılması, təhsil haqqının ödənilməsi qaydaları, təqaüdlərin gecikdirilməsi və digər məsələlərlə bağlı olub.
İmtahan sessiyasının gedişi ilə əlaqədar Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirib, apelyasiya qaydasında qiymətlərinin yüksəldilməsinə köməklik göstərilməsini xahiş ediblər. Özəl ali təhsil müəssisələrindən daxil olan 4 müraciətdə tələbələrin imtahanlara buraxılmaması, təkrar imtahanlara rüsum tələb olunması, imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsi ilə bağlı yaranmış çətinliklər öz əksini tapıb. Müraciətlərlə bağlı tədbirlər həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR