Bank Of Baku

TQDK-nın yaradılmasının 20 illiyi münasibətilə jurnalistlər üçün müsabiqə elan edilib

TQDK-nın yaradılmasının 20 illiyi münasibətilə jurnalistlər üçün müsabiqə elan edilib
# 10 iyul 2012 09:15 (UTC +04:00)
Baki. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaradılmasının 20 illiyi münasibətilə jurnalistlər üçün müsabiqə elan edilib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqə 2 nominasiya üzrə aparılacaq. TQDK-nın təsis olunmasının 20 illiyinə həsr olunmuş ən yaxşı məqalə nominasiyasında ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə pul mükafatı təqdim olunacaq. Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara üstünlük veriləcək. Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri avqustun 20-dək yazılı və ya elektron KİV-də dərc olunmuş məqaləsini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir. Həmin məqalədə “müsabiqəyə təqdim olunur” yarımbaşlığı qoyulması əhəmiyyət daşımır.

TQDK-nın təsis olunmasının 20 lliyinə dair ən yaxşı televiziya və ya radio reportajı nominasiyasında ilk 2 yerə layiq görüləcək KİV təmsilçilərinə pul mükafatı təqdim olunacaq. Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri avqustun 20-dək televiziya və ya radioda yayımlanmış materialın video (audio) diskini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir.

Müsabənin nəticələri sentyabrın 1-dən 5-dək elan olunacaq və qaliblər mükafatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR