Bank Of Baku

Gənclər və İdman Nazirliyi 57 gənclər təşkilatının layihəsinin maliyyələşdirilməsinə 851.589 manat vəsait ayırıb

Gənclər və İdman Nazirliyi 57 gənclər təşkilatının layihəsinin maliyyələşdirilməsinə 851.589 manat vəsait ayırıb
# 10 iyul 2012 09:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyi (GİN) 57 gənclər təşkilatının layihəsinin qismən maliyyələşdirilməsinə 851.589 manat maliyyə vəsaiti ayırıb. GİN-in mətbuat xidmətindən APA-ya verilənn xəbərə görə, müsabiqəyə 115 təşkilat layihə təqdim edib.
Təqdim edilən layihələrin 4-ü müsabiqənin mövzularına uyğun gəlmədiyindən, 18 təşkilat isə gənclər təşkilatı olmadığından həmin təşkilatların layihələrinə baxılmayıb. 93 gənclər təşkilatının layihələri müsabiqənin şərtlərinə uyğun olaraq təhlil edilib.

Müsabiqə gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği, gənclərin məşğulluğunun təmin edilməsi və karyera qurmalarında iştirak, gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi, gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi, gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş, gənclər arasında sağlam həyat tərzinin təbliği, gənclər üçün sosial və psixoloji xidmətlərin göstərilməsi, özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının konkret maddələrinin icrası ilə bağlı təkliflər” mövzularında keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR