Bank Of Baku

Şirvanda çörək bahalaşıb

Şirvanda çörək bahalaşıb
# 10 iyul 2012 10:02 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Şirvanda çörəyin qiyməti bahalaşıb, çəkisi isə dəyişməyib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, iyulun 9-dan Şirvan şəhərində çörəyin qiyməti 25 qəpikdən 30 qəpiyə qalxıb.

Satıcılar çörəkbişirmə sexlərində çörəyin topdansatış qiymətinin qalxdığını bildirirlər. Sex səlahiyyətliləri isə bildirirlər ki, topdansatış bazalarında 50 kq-lıq kisəyə qablaşdırılmış unun qiyməti son 3 ay ərzində 14 manatdan 18 manata qədər yüksəldiyindən, istehsal qiymətləri də qalxıb və onlar da məcburən çörəyin topdansatış qiymətini qaldırıblar.

Şəhər rəsmiləri tədbirlər görəcəklərini, sahibkarlarla tövsiyə xarakterli söhbətlərin aparacaqlarını və təkliflər verəcəklərini bildirirlər. Yerli ekspertlər isə son 10 gündə unun 1,40 manat bahalaşmasını hava şəraiti ilə əlaqələndirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR